PASHA Bank kredit risk anderrayteri (KOS) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Digər:Təhlil, qərarvermə və ünsiyyət bacarıqları
Lisenziya/ Sertifikat: ACCA (üstünlük verilir)
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
Kompüter bilikləri: Microsoft Office