Unibank kart çatdırılması xidməti üzrə nümayəndə vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
- UBank mobil əlavəsi vasitəsilə keçən onlayn kart sifarişlərinin müştərilərə çatdırılması;
- Zəruri hallarda müştərilərin Bank sistemindəki məlumatlarını redaktə etmək;
- İşin icrası zamanı zərurət yarandığı halda müştərilərlə əlaqə saxlamaq;
- Hazır kartların ünvana çatdırılması.
Tələblər:
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Bakı və Abşeron üzrə ünvanları yaxşı tanımaq;
- Stressə davamlılıq;
- Kollektivdə işləmək bacarığı.