PASHA Bank daxili təhqiqat və nəzarət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub
İşiniz nədən ibarətdir?
- Daxili təhqiqatların aparılması, daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- Dələduzluq və fırıldaqçılıq faktlarının/risklərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin həyata keçirilməsi, aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarətin təmin edilməsi üzrə tövsiyələrin verilməsi;
- Dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətinin yoxlanılması, zəruri hallarda təhqiqatların aparması və hesabatın tərtib edilməsi;
- Daxili təhqiqat prosesləri zamanı Bankın digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;
- Dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodların hazırlanması;
- Aşkar olunmuş dələduzluq məlumatlarının toplanılması, onların analitikasını aparmaq və risk səviyyəsinin azaldılması üçün müvafiq təkliflərin verilməsi;
- Bankdaxili nəzarət funksiyaları tərəfindən aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər planının vaxtında icrasına nəzarət;
- Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması.
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
- Təcrübə: 3-5 il bank təcrübəsi.
- Xarici dil: ingilis dili biliyi (səlis).
- Kompüter bilikləri: "Microsoft Office" proqramları.
- Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
- Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
- Lisenziya / sertifikat: CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir