Express Bank bank risklərinin təhlili şöbəsində mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Təsvir:
- Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsində iştirak etməsi;
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Şöbənin fəaliyyətinə dair həftəlik və aylıq hesabatın hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
- Mərkəzi Bankın tələbi ilə kredit, bazar, likvidlik və əməliyyat riskləri üzrə hesabatların təqdim edilməsi;
- Əsas kredit risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
- Bank risklərin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlər keçirilməsi və təkliflərin verilməsi;
- Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi prosesində iştirak edilməsi;
- Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
- İdarəedici informasiya sistemi və risklərin ölçülməsi modellər ilə bağlı gündəlik, aylıq, rüblük, və illik hesabatların layihəsinin hazırlanması;
- Şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Ali təhsil;
- Təcrübə (mütəxəssis üçün): Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 1 ilə qədər təcrübə;
- Təcrübə (aparıcı mütəxəssis üçün): Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 3 ilə qədər təcrübə;
- Microsoft office proqramları üzrə biliklər;
- Oracle SQL proqlamlaşdırma dili ilə işləmək bacarığı;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
- Mərkəzi Bankın normativ xarakterli qaydaları üzrə biliklərin yaxşı səviyyədə olması;
- Komandada işləmə bacarığı;
- Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.