VAKANSİYA

15 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank büdcələmə və planlaşdırma üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.İşiniz nədən ibarətdir?

İllik büdcə planlama prosesinin icrasında effektiv şəkildə iştirak;
Departament və şöbələrə gəlir və xərc büdcəsinin hazırlanmasında dəstək göstərilməsi;
Büdcənin icrasına nəzarət və fərqlərin təhlili;
Maliyyə modelləşdirilməsi;
İlin sonunda maliyyə proqnozlarının hazırlanması;
Proseslərin optimallaşdırılmasında iştirak;
Maliyyə departamentinin layihələrdə təmsil edilməsi

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Mühasibatlıq, maliyyə və ya müvafiq sahə üzrə minimum 3 il
Xarici dillər: İngilis dili (səlis)
Kompüter bilikləri: “VBA for applications” , "Microsoft Office" proqramları
Lisenziya/ Sertifikat: ACCA və ya ekvivalent sertifikatlar
Digər: Beynəlxalq Maliyyə Hesabatlıq Standartların biliyi
Vaxtın səmərəli idarəedilməsi
Ünsiyyət və təqdimat bacarıqları