VAKANSİYA

15 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank kredit risklərinin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Defolt riskinin azaldılmasını dəstəkləyən kredit portfelinin idarə edilməsi və yüksək riskli hesabların idarə edilməsi alətlərinin yaradılmasına cavabdehlik;
Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Sizdən nə tələb olunur?

Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi.
Xarici dil: ingilis dili (səlis).
Kompüter bilikləri: "Microsoft Office" proqramları.