VAKANSİYA

15 May

Bank Respublika VAKANSİYA elan edir

“Bank Respublika” ASC Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
  • Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
  • Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
  • İngilis dilində sənədlərin hazırlanması;
  • Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;  
  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
  • Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
  • Xarici  və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
  • Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
  • Azərbaycan, Rus və İngilis dilləri - əla səviyyədə (yazılı və şifahi);
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Məsuliyyətlilik, operativlik;
  • İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.