Xalq Bank korporativ bankçılıq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Yeni korporativ müştərilər cəlb etmək;
Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satış bacarığı;
Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.