VAKANSİYA

10 May

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank maliyyə nəzarəti və bankxarici hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Mərkəzi Banka gündəlik hesabatların hazırlanması;
Tədiyyə balansı, qabaqcadan ödənişlər hesabatı hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;
Bank üzrə ümumi statistika hesabatı hazırlamaq ;
Şöbə, idarə rəisinin müavini və idarə rəisinin şöbənin, habelə idarənin fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;

Tələblər:

Ali magistr təhsili və maliyyə üzrə sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);
Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;
Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
Məsuliyyət və dəqiqlik;
MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
Təhliletmə və hesabat tərtib etmə bacarığı olmalı;
Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);