VAKANSİYA

09 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank İFRS üzrə Baş Mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması.
Bankın gündəlik fəaliyyətində mühasibat uçotuna nəzarət və koordinasiya (MHBS-yə uyğun olaraq);
İllik və yarımillik IFRS maliyyə hesabatlarının hazırlanması;
Xarici auditorların illik audit və yarım illik İFRS hesabatının yoxlamasında dəstəyin göstərilməsi;
Bankın törəmə şirkətləri ilə İFRS-in tərtibi üzrə daimi kommunikasiyanın qurulması;
BMUS əsasında hazırlanmış Maliyyə Hesabatı Siyasətinin maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması və nəzarət;
MHBS və MUBS əsasında Maliyyə Mühasibat Siyasətinin hazırlanması və həyata keçirilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: maliyyə və iqtisadiyyat sahəsi üzrə ali təhsil.
Təcrübə: müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi.
Xarici dil: ingilis dili, rus dili (orta).
Kompüter bilikləri: "Microsoft Office" proqramları.
Lisenziya / Sertifikat: ACCA, DipIFR, CPA
Məhsul bilikləri: bank məhsulları üzrə biliklər
Bazar bilikləri: maliyyə, iqtisadiyyat üzrə biliklər
Başqa tələblər: vergi məcəlləsi üzrə biliklər (təməl səviyyədə), Mərkəzi Bankın tələbləri (orta səviyyədə).