Yelo Bank məlumat mərkəzi üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması;
Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
Aylıq hesabatların hazırlanması;
Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.
Tələblər:
Ali təhsil;
Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
Word və Excel proqramlarından istifadə bacarığı;
Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
Komanda ilə işləmək bacarığı;
Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.
Biz Sizə nə təklif edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Tibbi sığorta proqramına qoşulma;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq
Siz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.