PASHA Bank “Port Baku” şöbəsinin Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması. Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması.Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə),
Kompüter bilikləri: “Microsoft Office” (“Excel”, “Word”)
Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
Digər tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.