VAKANSİYA

05 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank bazar risklərin idarəedilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Bankın bazar və likvidlik risklərinin idarə edilməsinə aid olan daxili siyasət və prosedurları barəsində dərindən məlumat
Kəmiyyət modellərinin inkişafı, yenilənməsi və tətbiqi üçün çərçivənin inkişafına dəstək vermək (məsələn, statistik əsas ölçmə metodları, həssaslıq analizi, ssenari analizi və s.)
Pul bazarı, istiqraz, kapital və derivativ ticarəti üçün limitlərin monitorinqi, ölçülə bilən risklərin təsdiq olunmuş limitlər daxilində olmasını təmin etmək
Bankın valyuta və faiz dərəcələri risklərindən qorunma strategiyalarının metodoloji inkişaf prosesində nəzarət və dəstək göstərmək
Bankın daxili bazar risk modellərinin nəticəsi əsasında daxili hesabatların idarə edilməsi (bazar riskinə məruz qalma tədbirləri arasındakı əlaqənin qiymətləndirilməsi də daxil olmaqla; risk altında olan dəyər, stress testləri və ticarət limitləri)
Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət etmək
İnkişaf etmiş risk siyasətləri və metodologiyalarının düzgün istifadəsinə nəzarət etmək
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Sizdən nə tələb olunur?

Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahədə Bakalavr dərəcəsi.
İş təcrübəsi: Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Xarici dillər: İngilis (səlis)
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik
Bazar üzrə biliklər: Tələb olunur
Texniki biliklər:
Statistik modelləşdirmə üzrə biliklər
R (data.table, tidyverse və.s), Power BI ilə sərbəst işləmə bacarığı