VAKANSİYA

03 May

Bank Respublika VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində Daxili sistemlərin inkişafı şöbəsinə React developer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
  • Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
  • Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
  • Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
  • Kod review-da iştirak.

Namizədə qarşı tələblər:

  • Sahə üzrə minimum 2 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
  • JavaScript üzrə dərin biliklər və təcrübə;
  • ReactJS üzrə dərin biliklər;
  • Redux toolkit üzrə dərin biliklər;
  • Typescript üzrə dərin biliklər;
  • NodeJs üzrə biliklər;
  • HTML, CSS üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində React developer  qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.