VAKANSİYA

03 May

Bank Respublika VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir.

Bu barədə bankdan Fins.az-a bildirilib.

Ümumi vəzifə öhdəlikləri:

  • Vision, Roadmap formalaşdırılması, məhsul strategiyasının yaradılması;
  • Müştəri ehtiyaclarına uyğun olaraq məhsul ilə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması, prioritetləşdirilməsi, tapşırıq ilə bağlı qəbul kriteriyalarının müəyyən edilməsi;
  • Məhsul üzrə hədəflərin icrasının izlənilməsi, tələblərə uyğun olan ehtiyacların formalaşdırılması;
  • “Stakeholder”-lərlə daimi ünsiyyət və görüşlərdə iştiraklarının təmin edilməsi;
  • Məhsul tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Minimum 3 il məhsul sahibi/məhsul rəhbəri və ya layihə rəhbəri kimi iş təcrübəsi mütləqdir (Bank, Maliyyə təşkilatı, Fintech və Telekommunikasiya sahələri üzrə);
  • Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
  • Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
  • “Agile” prinsipləri üzrə bilik və təcrübənin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Analitik düşünmə qabiliyyəti;
  • Güclü liderlik və ünsiyyət bacarıqları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Məhsul sahibi (Product owner) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.