VAKANSİYA

02 May

VTB (Azərbaycan) VAKANSİYA elan edir

VTB Bank PL/SQL proqramçı vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Tələblər:

Texniki ali təhsil;
PL/SQL proqramçısı qismində azı 2 illik iş təcrübəsi;
PL/SQL üzrə yüksək səviyyədə biliklər;
SQL sorğuların optimallaşdırması üzrə iş təcrübəsi;
Sistematik düşünmə və yüksək analitika qabiliyyəti;
Bank işi ilə tanışlıq və avtomatlaşdırılmış bank sistemlərinin proqramlaşdırılması üzrə təcrübə böyük üstünlükdür;
Agile metodologiyalar ailəsi ilə tanışlıq;
Proqramlaşdırma komandasında iş təcrübəsi;
Digər proqramçılar tərəfindən tərtib olunmuş kodlarda işləmək;
Oracle məlumat bazası və XML texnologiyası ilə iş təcrübəsi arzuolunandır;

Vəzifələr:

Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) texniki tapşırıqlar əsasında funksional əlavələrin hazırlanması;
Sistemdə yeni modul və elementlərin hazırlanması;
Oracle (PL/SQL) üzərindən proqram təminatlarının funksionallıqlarının hazırlanması və genişləndirilməsi;
Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) mövcud funksionallıqların dəstəklənməsi;
Biznes analitiklərin tələblərinin təhlili, texniki tapşırıqların hazırlanmasında iştirak;
Fərdi kodların testlərinin aparılması;
Şəxsi anket forması elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).