VAKANSİYA

01 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank saytın etibarlılığı mühəndisliyi üzrə şöbə rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Saytın etibarlılığı mühəndisliyi (SRE) şöbəsinə rəhbərlik; SRE, DevOps və əlaqəli sahələrə cavabdeh olan komandalara nəzarət;
Sistemlərin miqyasını, təhlükəsizliyini və qənaətcilliyini təmin edən proseduraların hazırlanması və həyata keçirilməsi
Səmərəliliyi artırmaq və dayanma müddətini azaltmaq üçün avtomatlaşdırma və CI/CD proseslərində təkmilləşdirmə işlərinin aparılması;
Sistem problemlərini tez aşkar etmək və onlara cavab vermək üçün monitorinq və xəbərdarlıq sistemlərinin işlənib hazırlanması və saxlanılması;
İş həcminin müəyyən edilməsindən istifadəyə verilməsinədək mürəkkəb layihələrə nəzarət və məsləhətlərin verilməsi;
Etibarlılığın və performansın yüksəldilməsinə diqqət yetirməklə, gələcək texniki istiqamətin müəyyən edilməsinə yardım;
Komanda üzvlərinə texniki istiqamətləndirmənin və təlimatların verilməsi;
Həm taktiki, həm də strateji imkanlarda çarpaz funksional bölmələrlə (mühəndislik, biznes, məhsul) əməkdaşlıq;
Mürəkkəb problemlər və rəqabət aparan maraqların həlli zamanı praqmatik əsaslandırmanın tətbiqi;
Yüksək keyfiyyəti, işin davamiyyətini və xidmət səviyyəsinin vacib ölçülərini, müştəri tələblərini və maliyyə məqsədlərini qarşılamaq üçün davamlı dəstəyin təmin edilməsi üçün DevOps mədəniyyətinin formalaşdırılması;
Təchizatçıların və proqram aktivlərinin idarə edilməsi;
Biznes ehtiyaclarının qarşılanması və məmnuniyyətin artırılması üçün elementlərin və proqram təminatı relizlərinin dizayn edilməsi, buraxılması və təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

Təhsil: kompüter elmləri və ya müvafiq texniki ixtisaslar üzrə bakalavr təhsili.
Təcrübə: minimum 7 il sahə üzrə və ən azı 3 il rəhbər vəzifədə.
Xarici dil: ingilis dili orta səviyyədən yuxarı, rus dili arzuolunandır.
Kompüter bilikləri: Linux ƏS, virtuallaşdırma, bulud texnologiyaları, geniş miqyaslı sistem yerləşdirmələri və DevOps alətlərində təcrübə.
Bazar üzrə biliklər: qabaqcıl SRE tendensiyalarından xəbərdarlıq, yeni texnologiyaları öyrənmə və təcrübə etmə istəyi