VAKANSİYA

27 Aprel

VTB (Azərbaycan) VAKANSİYA elan edir

VTB (Azərbaycan) mikro kreditlərin monitorinqi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Tələblər:  

Bank, BOKT, reytinq agentliyi və ya digər maliyyə institutlarında iş təcrübəsi;
Bank kreditləşdirilməsi sahəsində biliklər, maliyyə, kredit və portfel təhlilinin aparılması;
Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin biznes obyektlərin təhlili sahəsində yüksək biliyə sahib olmaq;
Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ aktlarına bələd olma;
Azərbaycan dilində səlis danışmaq (rus  dili arzuolunandır);
Məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.

Vəzifələri:

Bankın mikro kredit portfelinin müntəzəm olaraq monitorinq edilməsi;
Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabtların hazırlanması;
Kreditləşmə lahiyəsində risklərin azaldılması, qarşısının alınması və ya minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
Müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili;
Müştərilərin kreditləşdirilməsinin limitlərinin hesablanması, Mərkəzi Kredit Reyestri ilə iş;
Borcalanların yoxlanması/təhlili (telefonla, internet resurslar, biznes subyektinə birbaşa baxış keçirilməsi).
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).