VAKANSİYA

26 Aprel

Access Bank VAKANSİYA elan edir

Access Bank mikro və aqro müştərilər üzrə təcrübəçi (Ağcabədi) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankın kredit məhsullarının şərtlərini bilmək və onları potensial müştərilərə izah etmək;
Birbaşa əlaqə yaratmaqla yeni müştəriləri cəlb etmək;
Digər Bank məhsullarından xəbərdar olmaq və onları öz potensial müştərilərinə tövsiyyə etmək;
Bankın kreditləşdirmə prosedurunda tapşırılmış bütün əməliyyatları həyata keçirtmək (kredit ərizəsi, girovun qiymətləndirilməsi, biznesin maliyyə təhlili və s.);
Monitorinq aparmaq və portfelin keyfiyyətinə nəzarət etmək;
Bankın seminarlarında fəal iştirak etmək;
Filialda Mikro və Aqro Müştərilər üzrə Menecer və Filial Müdiri tərəfindən qoyulan bütün tapşırıqları yerinə yetirmək. 

Tələblər:

Ali təhsil;
Komandada işləmə bacarığı;
Yüksək ünsiyyət qurma bacarığı.