"Kontakt Home" məlumat bazası üzrə administrator vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:
- Verilənlər Bazaların təhlükəsliyini təmin edilməsinin təşkil edilməsi;
- Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
- Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının təkmilləşdirilməsi;
- Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi;
- Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
- Verilənlər bazası və digər İT infrastruktur layihələri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak;
- Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti;
- Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri üstünlükdür;
- Məlumat bazası ilə SQL və NoSQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi olmalıdır;
- MySQL, MSSQL, MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi və “storage engine” haqqında ümumi biliklərə malik olmalı;
- Oracle, MySQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
- DB arxitekturası üzrə yüksək bilik;
- Verilənlər bazası optimallaşdırması və SQL üzrə təkmilləşmiş təcrübə;
- Oracle məhsul və texnologiyaları üzrə yüksək bilik və iş təcrübəsi(RAC, ASM, Data Guard);
- Oracle (High Availability) həlləri üzrə biliklər;
- Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
- Bərpa əməliyyatları haqqında yüksək bilik;
- UNİX/ Linux əməliyyat sistemləri üzrə yüksək biliklər;
- Problem həll etmə və analiz bacarıqları;
- SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
- OCA, OCP sertifikatları arzuolunandır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.