VAKANSİYA

20 Aprel

Express Bank VAKANSİYA elan edib

Express Bank informasiya təhlükəsizliyi şöbəsi/kiber təhlükəsizlik sistemləri üzrə administrator vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Təsvir:

Mövcud kibertəhlükəsizlik sistemlərinin sazlanması və idarəedilməsi (DLP, EDR/XDR, PAM, WAF, Mail Security və s.);
Kibtəhlükəsizlik sistem və avadanlıqlarının monitorinq edilməsi;
Kibertəhlükəsizlik İnfrastrukturunun ehtiyat nüsxələrinin çıxarılması, xətalar baş verdiyi zaman bərpa işlərinin görülməsi;
Yeni kibertəhlükəsizlik sistemlərinin layihələndirilməsi və inteqrasiya edilməsi;
Kibertəhlükəsizlik sistemlərin sənədləşdirilməsi və hesabatların hazırlanması;
İnformasiya təhlükəsizliyi sistemlərin və DevSecOps sistemlərinin inteqrasiyasını, testi, əməliyyatları, istismarını və təhlükəsizliyinin təmin edilməsi.

Bizim üstünlüklərimiz:
Tibbi sığorta;

Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmək imkanı.

Tələblər:

Ali texniki təhsil;
Kompüter şəbəkəsi anlayışları və protokolları və şəbəkə təhlükəsizliyi metodologiyaları haqqında biliklər;
Kiber təhdidlər, zəifliklər və risklər haqqında biliklər;
Informasiya təhlükəsizliyi sistemlərində inzibatçılıq təcrübəsi;
Administrator səviyyəsində Windows və Linux bilikləri;
Virtualizasiya təcrübəsi (Vmware VCenter, ESXI);
Texniki sənədləri oxuma və təhlil etmə bacarıqları;
Skript dillərində (Python, PowerShell və Bash) proqramlaşdırma bacarıqları;
İnformasiya Təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlar (arzu olunandır).