VAKANSİYA

14 Aprel

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank ödəniş kartları idarəsinin ekvayrinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
Pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
Pos-terminalların nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
Pos-terminallar üzrə problemli əməliyyatların təhlili;
Yeni Pos-terminalların quraşdırılması;
Pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
Pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
Prosessinq mərkəzi üçün xüsusi formaların hazırlanması, göndərilməsi və icrasının izlənilməsi

Tələblər:

Maliyyə, İqtisadiyyat, Menecment və ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri;
Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
1C proqramında işləmə bacarığı.