PASHA Bank müştəri meneceri vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Satış texnikası üsüllarının səmərəli istifadə edilməklə yeni müştərilərin cəlb edilməsi;
Müştərilərə fərdi yanaşma istifadə etməklə idarə altında olan yeni aktivlərin cəlb edilməsini və sabit artımını təmin edilməsi;
Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
Müştərilərə fərdi yanaşma istifadə etməklə yüksək qəlirlik əldə etmək;
Zəruri hallarda müvafiq departamentə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
Müştərilərinin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
Müştərilərə qeyri – maliyyə və məsləhət xidmətlərin verilməsi;
Analitik alətlərdən istifadə etməklə müştərilərin aktivləri portfelinin qiymətləndirilməsi.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: 2-5 il
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları
Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları