VAKANSİYA

13 Aprel

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank məlumat mərkəzi mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Banka daxil olan zənglərin cavablandırılması;
Sosial şəbəkələr vasitəsi ilə müştəri müraciətlərin cavablandırılması;
Məsafədən bankçılıq xidmətlərinin göstərilməsi (onlayn hesab açılması, kart sifarişlərinin qəbulu və s.)
Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
Online Məsləhətçi vasitəsi ilə təqdim olunan  sualların cavablandırılması;
Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
Görülən işlər üzrə hesabatların hazırlanması;
Daxil olan şikayətlərin cavablandırılması üçün  müvafiq tədbirlərin görülməsi.

Tələblər:

Ali iqtisadi təhsil;
Müştəri ilə ünsiyyət qurma bacarığı;
Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
Məsuliyyət, dəqiqlik, fəallıq;
Kompyuter proqramları ilə istifadə bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Nəzakətlik, dəqiqlik;
Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
Bank sektorunda təcrübənin olması;
Yüksək qavrama və öyrənmə qabiliyyəti.