“Kapital Bank” namizədləri Pərakəndə satış departamentinin Məsafədən satış və xidmət şöbəsinin Telemarketinq bölməsində kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
- Bankın qeyri-kredit məhsulların satışı və aktivasiya yönümlü zənglər etmək;
- Müştərilərə birbank, taksit, debet kart, aktivasiya və s. qeyri-kredit məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək;
- Müştərilərə müxtəlif sorğuların keçirilməsi ilə bağlı zənglər etmək;
- Müştərilər tərəfindən qeyri-kredit məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq;
- Potensial müştəriləri təhlil etmək və rəsmiləşdirilə biləcək məhsulu müəyyən etmək;
- Potensial müştəriləri Bankın filiallarına yönləndirmək və rəsmiləşmə prosesini sona qədər təqib etmək və s.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Microsoft Office proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.