Access Bank İR üzrə Biznes Tərəfdaşı vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Bankın partnyorluq etdiyi strukturlarından daxil olan işçi ehtiyaclarının qəbul edilməsi və müvafiq qaydada təmin edilməsi;
Yerli əmək bazarının şərtlərinin araşdırılması;
Kurasiya etdiyi sturkturların vakansiyaları üzrə imtahan və müsahibə mərhələlərin keçirilməsi;
Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərilməsi;
Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanılması, tərəflər il kommunikasiyanın aparılması;
Kurasiyası üzrə bankdaxili yerdəyişmələrlə bağlı görüşlərin təşkil edilməsi və keçirilməsi;
Bankın partnyorluq etdiyi strukturlarının təlim ehtiyyaclarının müəyyən edilməsi;
Kurasiya etdiyi strukturlar üçün təlim və inkişaf proqramlarının hazırlanması və tətbiqin təmin edilməsi;
Təlim planı üzrə nəzərdə tutulmuş müəyyən təlimlərin təşkil edilməsi;
İşə qəbul və təlim hesabatlarının hazırlanması.
Tələblər:
Ali təhsil;
İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
İT sahəsi üzrə biliklərin olması üstünlükdür;
Namizədlərin axtarış sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazaları ilə işləmə bacarığı;
Yüksək kommunikasiya bacarığı, effektiv danışıqlar, işgüzar əlaqələri qura bilmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili, yüksək səviyyədə Rus və İngilis dili biliyi.