VAKANSİYA

10 Aprel

“Bank Respublika” VAKANSİYA elan edir

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində PHP developer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
  • İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
  • Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
  • Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
  • Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

  • PHP, JavaScript, HTML, CSS üzrə minimum 3 il iş təcrübəsi;
  • Məlumat bazalarının proqramlaşdırılması sahəsində biliklər (SQL, PLSQL);
  • Analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Agile metodologiyası barədə məlumatlı olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə PHP developer qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.