Xalq Bank kredit şöbəsinin mütəxəssisi (Şirvan) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
Kredit müraciətlərinin qəbulu və analizi;
Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
Kredit sənədlərinin tərtibi;
Kredit portfelinə nəzarət və idarə etmək;
Müştəri hesablarının aparılmasına nəzarət;
Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri