"Kontakt Home" irad zənglərinin qəbulu üzrə inzibatçı vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:
Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
Ali təhsil;
Səlis Azərbaycan və Rus dili biliyi;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
Məsuliyyətlilik və inkişafa meyillilik;
Stresə davamlılıq;
Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
İş günləri: 5 iş günü, 2 gün istirahət;
İş saatı: 09:00-18:00 / 12:00/21:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.