PASHA Bank İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Giriş icazələrinin idarə olunması siyasəti üzrə nəzarətinin təmin edilməsi;
Proqram və avadanlıq üzrə inventar nəzarətinin təmin edilməsi;
Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi;
Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
Bütün biznes proses, məhsul və xidmətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin təyin olunmasına cavabdehlik;
İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 3 il
Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
Xarici dillər: İngilis
Kompüter bilikləri: MS Office Excel
Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.