“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentinin Biznes kreditlərin scoringi şöbəsində aparıcı mütəxəssis (Data analitik) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
- Skorinq modellərin qurulmasında və təkminləşdirilməsində iştirak etmək;
- Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirmək;
- Mövcud hesabatların vizualızasiyası və statistik analizini həyata keçirmək;
- SQL sorğu scriptlərin yazılması, mövcudların təkminləşdirilməsi, SQL sorğu əsasında table-ların yaradılmasını həyata keçirmək;
- Bankdaxili normativlərin qorunması istiqamətində hesabatları hazırlamaq;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək.
Tələblər
- Ali təhsil;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Microsoft Excel Expert Certification (arzuolunan)
- Microsoft Power BI Data Analyst Associate Certification (arzuolunan)
- Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması);
- Microsoft Power BI
- SQL və PL/SQL
- Tableu (arzuolunandır)
- PowerPoint və prezentasiya proqramları üzrə işləmək
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Yüksək ünsiyyətqurma qabiliyyəti.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.