VAKANSİYA

05 Aprel

Kapital Bank VAKANSİYA elan edir

Kapital Bank digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi; 
Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi; 
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi; 
Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi; 
Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi; 
Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.

Tələblər:

Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir); 
Problemli kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi; (Mikro sahə üzrə çalışan əməkdaşlara üstünlük verilir) 
Danışıq qabiliyyətinin yüksək olması; 
 Komputerdə işləmək bacarığı; 
Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
Dəqiqlik; 
Təmkinlilik

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.