Xalq Bank biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Kredit İdarəsinə daxil olmuş istehlak, biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;
Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər:
Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
Stressə davamlılıq, komandada işləmə bacarığı;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.