VAKANSİYA

28 Mart

Access Bank VAKANSİYA elan edir

Access Bank Hüquqşünas/Aparıcı Hüquqşünas vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankın fəaliyyəti üçün tələb olunan sənədlərinin (bank lisenziyası, fililalların icazəsi, bankın nizamnaməsi və ona dəyişikliklər və s.) reyestrini aparır;
Sənədlərin leqallaşdırılması və apostil alınması ilə bağlı müraciətlər edir;
Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı Mərkəzi Bank və Dövlət Vergi Xidmətində qeydiyyat işlərini aparır;
Banka daxil olmuş müraciət, şikayət və sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edir;
Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəy verir;
Daxili korporativ akt, əmr, təlimat, qayda və prosedurların, habelə əsasnamələrin hazırlanmasında iştirak edir və, onların hüquqi ekspertizasını həyata keçirir;
Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları qarşısında səlahiyyətləri çərçivəsində Bankı təmsil edir;
Bankın əməkdaşları üçün qanunvericilik və mühazirələr üzrə təlimçi qismində çıxış edir;
Bank ilə onun arasında imzalanmış əmək müqaviləsində, kommersiya rejiminin tətbiq edilməsi barədə razılaşmada, tam maddi məsuliyyət müqaviləsində və davranış kodeksində, habelə müvafiq struktur bölmələri tərəfindən qəbul edilmiş sənədlərdə müəyyən edilmiş digər öhdəliklərini yerinə yetirir.

Tələblər:

Ali hüquq təhsili;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, normativ aktlarınının bilməsi və istiqamətləndirməsi;
Səlis Azərbaycan dil biliyi, rus və ingilis dil bilikləri arzuolunandır;
Yüksək ünsiyyət qurma və yazı bacarıqları;
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.