PASHA Bank Biznes Proseslərin İdarəedilməsi üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s.) qanunvericiliyə uyğunluğunu tənzimləmək
Biznes Proseslər toplusunun (BPU) idarə olunması və proseslərdə dəyişikliklərin koordinasiyası
Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi, dəyişikliklərin aydın göstərilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasının təmini
Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunun (BPU) birgə hazırlanması
Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrində iştirak
Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təkliflərin və prosesin arzu olunan halının hazırlanması və sistemdə qeydiyatı
Prosesin təhlil üçün tələb olunan məlumatların sistemə tam və düzgün qeydiyyatı
Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması
Proses uyğunsuzluqları halları və daxili tərəfdaşların sistematik səhvlər, proses mərhələləri və proses səmərəliliyi ilə bağlı şikayətlərinin araşdırılması
Bankın proses portfelinin idarə olunması
Görülən işlərin qeydiyyatın aparılması və təqdimatların hazırlanması
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il, öz funksiyasında 2 il iş təcrübəsi
Lisenziya/ Sertifikat: Six Sigma Yellow Belt üzrə sertifikata üstünlük verilir
Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab
Məhsul biliyi: tələb olunur
Bazar biliyi: tələb olunur
Başqa tələblər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.