VAKANSİYA

27 Mart

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank Kredit idarəsinin hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Tələblər:

Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.