VAKANSİYA

27 Mart

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank Məlumat mərkəzinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə dair tələblər:
Ali iqtisadi təhsil;
Müştəri ilə ünsiyyət qurma bacarığı;
Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
Məsuliyyət, dəqiqlik, fəallıq;
Kompyuter proqramları ilə istifadə bacarığı;
Komandada işləmək bacarığı;
Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; 
Nəzakətlik, dəqiqlik;
Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
Bank sektorunda təcrübənin olması; 
Yüksək qavrama və öyrənmə qabiliyyəti.

İşin təsviri:

Banka daxil olan zənglərin cavablandırılması;
Sosial  şəbəkələr vasitəsi ilə müştəri müraciətlərin cavablandırılması;
məsafədən bankçılıq xidmətlərinin göstərilməsi (onlayn hesab açılması, kart sifarişlərinin qəbulu və s.)
Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
Online Məsləhətçi vasitəsi ilə təqdim olunan  sualların cavablandırılması;
Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
Görülən işlər üzrə hesabatların hazırlanması;
Daxil olan şikayətlərin cavablandırılması üçün  müvafiq tədbirlərin görülməsi.

QEYD:  Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 
E - mail: [email protected]

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34