''Access Bank'' Əməliyyatlara Nəzarət üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Bankın istehlak kreditlərinə nəzarət yoxlamalarında iştirak etmək, zərurət yarandıqda bankın filiallarına (Bakı və rayon filiallarına) getmək;
İstehlak kreditlərinin rəsmiləşdirilməsinin bankın daxili qayda və prosedurlarına uyğunluğunun qiymətləndirilməsi;
Lombard kreditləri üzrə girov kimi qəbul edilən qızıl əşyaların nəzarət qiymətləndirilməsinin həyata keçirilməsi;
İstehlak kreditləri ilə bağlı riskləri təhlil etmək və riskin azaldılmasına yönəlmiş tövsiyələr vermək;
Monitorinq üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
Monitorinqin nəticələrinə dair ətraflı hesabatların hazırlanması.
Tələblər:
Bankda nağd pul kreditləşməsi sahəsində və ya audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində ən azı 1 il iş təcrübəsi;
Qızıl təminatlı kreditlərlə iş və ya monitorinq təcrübəsi;
İqtisadiyyat, maliyyə, audit və ya digər müvafiq sahədə ali təhsil;
Əla Azərbaycan dili biliyi mütləqdir, rus və ya ingilis dili biliyi arzuolunandır;
Analitik bacarıqlar;
Komandada işləmək bacarığı;
Müstəqil işləmək bacarığı;
Ofis proqramları, xüsusilə MS EXCEL bilikləri (SQL ilə təcrübə üstünlükdür);
Kreditlərin verilməsinə dair qanunvericiliyin tələblərini bilmək.