“Kapital Bank” ASC namizədləri Komplayens departamentinin ÇPY və TMM şöbəsində baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər
• Komplayens baxımından qeyri-adi əməliyyatların analizi;
• Fİliallardan daxil olan müştəri sorğuların cavablandırılması;
• BƏS-də qurulmuş komplayens proseslərinin düzgün işləməsinə nəzarət;
• Komplayens proseslərinin tətbiqində filiallara dəstək göstərilməsi;
• Maliyyə Monitorinqi Xidmətindən daxil olan sorğuların araşdırılması və cavablandırılması və s.
Tələblər
• Ali təhsil (dəqiq elmlər üzrə ali təhsilli olması üstünlük təşkil edir);
• Bank Əməliyyatı Sistemlərini bilmək;
• Analitik düşünmə bacarığı;
• Azərbayacan dili (əla), rus və ingilis dili (arzuolunan);
• Excel-də yaxşı işləmək bacarığı;
• Bank qanunvericiliyindən ümumi məlumatlılıq.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.