VAKANSİYA

16 Mart

ABB VAKANSİYA elan edir

ABB Rəqəmsal kanallar sahəsinin (Digital channels tribe) Baş android proqramçısı vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı görüləcək işlər barədə və namizədlərə uyğun tələbləri təqdim olunub.

Görəcəyiniz işlər:

Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;
Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.

Bizim üçün uyğun namizəd:

Müvafiq sahədə ən azı iki il iş təcrübəsinə;
Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;
RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;
Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;
“Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;
Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;
FCM üzrə biliklərə;
Git üzrə sərbəst işləmə bacarığına;
“Continuous integration” barədə məlumatlılığa;
Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);
Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;
MVP və ya MVVM üzrə işləmək bacarığına;
Android Architecture Components üzrə biliklərə;
Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir