VAKANSİYA

15 Mart

ABB VAKANSİYA elan edir

ABB ASC Korporativ və KOS sahəsinin (Corporate and SME tribe) back-end üzrə aparıcı proqramçısı vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Görəcəyiniz işlər:

Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
Mənbə kodlarının analiz olunması və ehtiyaca uyğun dəyişikliklərin icra olunması;
Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.

Bizim üçün uyğun namizəd:

Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
Agile Scrum metodologiyası barədə məlumatlılığa;
Mikroservis arxitekturası üzrə biliklərə;
PL/SQL biliklərinə;
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.