PASHA Bank Ödənişlərin İcrası / Kiçik Mütəxəssis (Müvəqqəti) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
İşiniz nədən ibarətdir?
Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi.
Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
Müştəri ödənişlərinin daxili proseslərə, ÇPY və TM siyasətinə, qanunvericiliyin tələbinə uyğun olmasına yoxlanması. Müştəri məlumatının düzgün və yetərli olmasının yoxlanılması, növbəti icra ilə əlaqədar sənədlərin hazırlanması və tələblərin bank sistemində icra edilməsi və tənzimləyici orqanların tələbinə əsasən məlumatların vaxtlı vaxtında müvafiq sistemlərdə qeydiyyatın edilməsi. Müştəri hesabatları da daxil olmaqla müvafiq sənəd dövriyyəsinin təmin edilməsi.ƏD proseduruna uyğun olaraq nağdsız əməliyyatlar şöbəsinin funksiyasının bir hissəsi kimi digər struktur bölmələrinə məlumat dəstəyinin göstərilməsi.
Əməliyyatların icrasında ÇPY və TM üzrə şübhəli hallar aşkar edildiyi təqdirdə Hüquq və Komplayns departamentinə məlumatın verilməsi və qərar uyğun olaraq tədbirlərin həyata keçirilməsi.
Ödənişlərlə bağlı banklardan daxil olan sorğuların icra edilməsi, iddiaların səbəbinin aydınlaşdırılması, müştərinin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemləri aradan qaldırmaq üçün onların həlli yollarının axtarılması.Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün və məlumatın toplanması üçün əlaqəli struktur bölməsinə dəstəyin göstərilməsi.
Şöbələr arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn tələblərin vaxtında cavablandırılması və icrası.
Müştəridən daxil olan şikayətlərin idarə olunmasına kömək edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması.
Müştəri məlumatı ilə əlaqədar müvafiq hesabatların hazırlanmasında digər struktur bölmələrinə müştərti məlumatlarının təqdim edilməsində dəstəyin göstərilməsi.
Funksional sahə ilə əlaqədar prosedurların optimallaşdırılmasında iştirak edilməsi.
Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtlı-vaxtında və dəqiq icrasını təmin etmək üçün müvafiq tranzit hesabların yoxlanılması. Uyğunsuzluq aşkar edildiyi zaman aradan qaldırılması üçün tədbirlərin görülməsi.
Müştəri ödənişlərinin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi.
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
Kompüter bilikləri: Microsoft Office (excel, world)
Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə
Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.