Mərkəzi Bank Əməliyyat riskləri şöbəsi Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Vəzifə tələbləri
Təhsil
İdarəetmə Ali təhsil
Maliyyə Ali təhsil
İqtisadiyyat Ali təhsil
Texniki biliklər
Əməliyyat risklərinin idarə edilməsi üzrə biliklər Yaxşı səviyyədə
Bank qanunvericiliyi sahəsində biliklər Yüksək səviyyədə
Ssenari təhlilləri və əməliyyat risklərinin modelləşdirilməsi üzrə biliklər Orta səviyyədə
Maliyyə üzrə biliklər Orta səviyyədə
Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklər Orta səviyyədə
Biznesin davamlığının idarə edilməsi üzrə biliklər Orta səviyyədə
Təcrübə
Müvafiq sahədə iş təcrübəsi 2 il
Dil bacarığı
Azərbaycan dili Yüksək səviyyədə
İngilis dili Yüksək səviyyədə
Rus dili Arzuolunandır
Kompüter bacarığı
MS Office proqramları Yüksək səviyyədə
Sertifikatlar
Müvafiq sahədə sertifikasiya Arzuolunandır
Əlavə bilik və bacarıqlar
Davranış kompetensiyaları
Analitik təhlil etmə
Araşdırma aparma
Təqdimat bacarıqları
Təşəbbüskarlıq
Ünsiyyətqurma
Test mövzuları
Əməliyyat riskləri
Bankda risklərin idarə olunması
Ümumi iqtisadiyyat və bankçılıq
Bank qanunvericiliyi
İdarəetmə
İngilis dili
Məntiq
Ümumi kompüter bilikləri
Vəzifə öhdəlikləri
Mərkəzi Bankın struktur bölmələrində (ərazi idarələri də daxil olmaqla) əməliyyat risklərinin (ƏRİE), risk insidentlərinin və biznesin davamlılığının idarə edilməsi (BDİE) üzrə siyasət, prosedurlar və metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsi proseslərində iştirak;
Struktur bölmələrin biznes prosesləri üzrə əməliyyat risklərinin, risk insidentlərinin müvafiq normativ-metodoloji tələblər əsasında idarə edilməsi proseslərinin həyata keçirilməsinin təmin edilməsi və Biznesə Təsir Analizinin aparılmasında iştirak,
Əməliyyat-risk insidentlərinin idarə edilməsi mexanizminin hazırlanmasında və tətbiqində iştirak;
Şöbəyə təqdim olunan sənəd layihələrinin əməliyyat riski yönümlü ekspertizası prosesində iştirak;
Mərkəzi Bankın daxili proseslərində korrupsiya, habelə dələduzluq və fırıldaqçılıq kimi halların qarşısının alınması məqsədilə lazımi nəzarət mexanizmlərinin mövcud olmasını təmin etmək məqsədilə müvafiq rəyvermə prosesində iştirak;
Əməliyyat risklərinin və biznes davamlılığının idarə edilməsi üzrə maarifləndirici tədbirlərin təşkilində iştirak;
Şöbənin fəaliyyət istiqamətləri (ƏRİE və BDİE) üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırllanması.