VAKANSİYA

15 Mart

ABB VAKANSİYA elan edir

''ABB'' ASCDaxili audit departamentinin baş İT auditoru, aparıcı İT auditoru, İT auditoru vəzifəsinə vakansiya elan edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Görəcəyiniz işlər:

Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

Bizim üçün uyğun namizəd:

İT sistem inzibatçılığı istiqamətində minimum 2 illik təcrübə;
Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
Analitik və kritik düşünmə,
Təşəbbüskarlıq və əzmkarlıq,
Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
Məsələlələrə mikro və makro baxış,
Yüksək ünsiyyət bacarıqları,
Davamlı inkişaf həvəsi və s.
Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
UNIX və Linux əməliyyat sistemləri ilə işləmə bacarığına sahib olan;
Vətəndaş qüsursuzluğu olan şəxsdir.

QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.

İT - Kiber təhlükəsizlik, kodlaşma, İT və rəqəmsal fraud analitikası və sistem inzibatçılığı üzrə təcrübə, CISA, CIA, CISSP, CRISC, ITIL, CISM, CRMA, ISSMP və s. aidiyyəti sertifikatlar