VAKANSİYA

15 Mart

Kapital Bank VAKANSİYA elan edir

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentinin Prosessinq Şöbəsinin mütəxəssisi (Linux administrator) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər

  • Prosessinq Mərkəzi üçün rəhbərliyin təklif etdiyi standartlar əsasında proqram təminatının tətbiqi;
  • Bilavasitə rəhbərinin göstərişlərinin, təlimatlarının və tapşırıqlarının keyfiyyətli və vaxtında yerinə yetirilməsi;
  • Prosessinq proqram təminatının inkişafı üzrə biznes tələblərin ekspert təhlili;
  • Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi;
  • MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi;
  • Texniki sənədlərin hazırlanması;
  • MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluğunun nəzarətdə saxlanılması və s.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Vahid komandada işləmək qabiliyyəti;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli olmaq.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.