Express Bank Biznes xidmət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Təsvir:
ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən fərdi sahibkar və hüquqi şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
Vergi və məhkəmə orqanlarından daxil olmuş sərəncamların reyestrini aparmaq;
Tələblər:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
MS Office (Word, Excel) proqramları üzrə biliklər;
Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
Minimum 6 ay korporativ xidmət təcrübəsi arzuolunandır;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.