PASHA Bank Mühasibatlıq və Vergi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
İşiniz nədən ibarətdir?
Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
Bankın vergi siyasətinin tətbiq edilməsi;
Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.
Sizdən nə tələb olunur?
Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil.
Təcrübə: müvafiq sahədə 2-3 il iş təcrübəsi.
Xarici dil: ingilis dili, rus.
Kompüter bilikləri: Microsoft Office.
Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər.
Bazar biliyi: maliyyə bazarları üzrə biliklər.
Digər: İFRS biliyi.
Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür.