VAKANSİYA

13 Mart

Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi üzrə VAKANSİYA

''Kapital Bank'' alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:
Bankın KOS kateqoriyasına aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
Bu kateqoriyaya aid müştərilərdən kredit sifarişlərini qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək;
Yeni müştərilər cəlb etmək və mövcud portfeli idarə etmək;
Problemli kreditlər üzrə ilkin təqibi həyata keçirmək;
Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər:
Ali iqtisadi təhsil olmalı;
Azərbaycan və Rus dili biliyi olmalı;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
Analitik düşünmə qabiliyyəti olmalı;
Detallar ilə işləmə bacarığı olmalı;
Microsoft Office proqram paketini bilməli.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.