VAKANSİYA

13 Yanvar

DİM Daxili audit xidmətinin daxili auditor vəzifəsinə vakansiya elan edir

Struktur bölmənin adı: Dövlət İmtahan Mərkəzi, Daxili audit xidməti  

Vəzifənin adı: daxili auditor

Təhsilə və iş təcrübəsinə dair tələb: ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit sahəsində üç illik iş stajı.

Qulluq funksiyaları:

-  Daxili nəzarət sistemlərinin mövcud olmasını, effektivliyini və adekvatlığını yoxlayır və qiymətləndirir;

-   Audit yoxlanılması üçün hər bir sahəyə dair fəaliyyət planını tərtib edir;

-   Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirir;

-   Təyin edilmiş vaxt çərçivəsində audit olunan sahənin risk təhlilini həyata keçirir;

-   Risk yönümlü audit proqramlarını tərtib edir;

-   Audit yoxlamasının əhatə dairəsini böyük auditorun dəstəyi ilə təyin edir;

-   Təyin edilmiş sahədə audit testlərini həyata keçirir

-   Yoxlanılan proseslərin müvafiq qanunvericiliyə, qaydalara uyğun olmasını müəyyən edir;

-   Zəruri hallarda daxili qaydalara dəyişikliklərin edilməsi üzrə tövsiyələr verir.

Xarici dil biliklərinə dair tələblər: Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dilləri arzuolunandır.                 

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet.

Namizədə dair xüsusi tələblər: 

-       Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;

-       Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;

-       Analitik və kritik düşünmə;

-       Qərəzsizlik və müstəqillik;

-       Stressə davamlılıq;

-       Vətəndaş qüsursuzluğu.

Qeyd: Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı (Daxili Auditorlar İnstitunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya – CIA; Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması - ACCA F1, F2, F3 və/və ya ACCA DipIFR; İT audit sahəsində çalışan auditorlara professional sertifikasiya - CİSA) olan namizədlərə üstünlük veriləcək. 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Hüquqi təminat sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 27 yanvar 2023-cü il tarixinədək  göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.