VAKANSİYA

12 Yanvar

“Kapital Bank” Gəncə filialına aparıcı mütəxəssisi vəzifəsinə işçı axtarır - VAKANSİYA

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri Kredit andrraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi (Gəncə) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Kreditləşmə prosesini qurmaq, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirmək;
  • Kreditləşmə müddətinin ölçmək, bir sifariş üzrə sifarişə baxmaq, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurmaq;
  • Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatları əldə etmək, bu istiqamətdə hesabların hazırlamaq və analizini həyata keçirmək;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formalarını qurmaq, təkminləşdirilməsini həyata keçirmək;
  • Gündəlik kredit portfelinin hazırlanmasını həyata keçirmək;
  • Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirmək;
  • Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər

  • Ali təhsilli olmalı;
  • KOS və mikro kreditlərinin satışı və ya təhlili sahəsində ən azı 1 il iş təcrübəsi; 
  • ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları (arzuolunan);
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
  • Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması).

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.